EN

Bu gün vergi xidməti əməkdaşlarının peşə bayramıdıdır

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Azərbaycanda vergi işçilərinin peşə bayramı günüdür.

BAKU.WS xəbər verir ki, bayram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən keçirilir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2000-ci il fevralın 11-də yaradılıb. Buna görə də bayram məhz bu günə salınıb.

Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Hazırda Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.

Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu isə durmadan artır.

Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Bu məqsədlə beynəlxalq əlaqələr sürətlə genişləndirilir.

Ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsi əsas məqsədlərdən biridir və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3 istiqaməti - əmtəəsiz əməliyyatlar aparan vergiödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergiödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarının miqyasının azaldılmasını əhatə edir. ƏDV-nin kassa metodu əsasında hesablanması mütərəqqi yeniliklərdəndir. Yeni dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergiödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır.

Beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər olunub. Belə ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisələr tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməlidir.

Qeyd edilənlər sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi mühüm istiqamətlərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq daim təkmilləşdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
baku.ws

2Sources