EN

“Nəriman komandamıza fərqli keyfiyyətlər qazandıracaq” – ABŞ klubunun rəsmisi 

Nəriman Axundzadənin transfer olunduğu “Kolumbus Kryu” klubunun baş meneceri İssa Tall futbolçu barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, millimizin üzvünün yorulmaz və özünəməxsus oyun üslubunun  komandaya uyğun olduğunu bildirib:

“Nəriman komandamıza fərqli keyfiyyətlər qazandıracaq. Onun texniki bacarıqları və yüksək iş qabiliyyəti oyun üslubumuzla tam uyğunlaşır. Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyəsində və milli komandada dəyərli təcrübə toplayıb. Onu burada  salamlamaqdan məmnunuq və klubumuzda inkişafını səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, Nəriman MLS təmsilçisi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

 

 

Chosen
15
idmanxeber.az

1Sources