ABŞ Administrasiyası İran neftini daşıyan tankerləri ələ keçirməklə Tehrana təzyiqi artırmağı düşünür.
Bu barədə özəl mənbələrinə istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilib ki, Vaşinqton İslam Respublikasını nüvə proqramını məhdudlaşdıran razılaşma imzalamağın alternativi olmadığına inandırmağa çalışır.
Qeyd olunur ki, ABŞ hazırda "qara qızıl"ın qiymətlərinin artmasından ehtiyat etdiyi üçün İran nefti ilə yüklənmiş gəmiləri ələ keçirməkdə maraqlı deyil. Birləşmiş Ştatlar Tehranın qətiyyətli cavab verəcəyini nəzərə alaraq, bu addımı atmaqda tərəddüd edir.
Adı açıqlanmayan Ağ Ev rəsmisi İranla danışıqlar uğursuz olacağı təqdirdə isə Amerika liderinin sərəncamında müxtəlif variantların mövcudluğunu söyləyib.