ain.az, Gununsesi saytına istinadən bildirir.
Qanunla yaşı çatı hər kəsin nikaha girmək haqqı var.
Ancaq elə hallar da var ki, məhz həmin zaman nikaha daxil olmaq qadağan edilir.
Maraqlıdır, bu hallar hansılardır?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev danışıb.
O bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
1) Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar)
2) Övladlığa götürənlər və övladlığa götürülənlər
3) İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər
4) Ailə Məcəlləsinə əsasən tibbi müayinədən keçməyən şəxslər- (tibbi müayinə).
5) İkisindən biri və ya hər ikisi ruhi xəstəlik, o cümlədən əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər nikaha daxil ola bilməzlər.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.