EN

Çin: ABŞ nüvə nizamı və strateji sabitlik üçün xaos mənbəyidir

ABŞ beynəlxalq nüvə nizamı və qlobal strateji sabitlik üçün ən böyük xaos mənbəyidir...

Poliqon-nun məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bu barədə brifinq zamanı bildirib.

"Vurğulamaq istəyirəm ki, ABŞ beynəlxalq nüvə nizamı və qlobal strateji sabitlik üçün ən böyük xaos mənbəyidir", deyə o bildirib.

Lin Jianın sözlərinə görə, Vaşinqton nüvə hegemonluğuna nail olmaq və nüvə silahsızlanması məsuliyyətindən yayınmaq üçün Çinin nüvə siyasətini qəsdən təhrif edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Pekin ABŞ və Rusiya arasında strateji sabitlik üzrə dialoqun bərpasını gözləyir. O, həmçinin ümid etdiyini bildirib ki, Vaşinqton Çini nüvə sınaqları keçirməkdə ittiham etməyi dayandıracaq.

Poliqon.info

Chosen
46
poliqon.info

1Sources