EN

Türkiyəli məşhur aktyor Kanbolat Görkem Arslan dünyasını dəyişib

Türkiyəli məşhur aktyor Kanbolat Görkem Arslan 45 yaşında dünyasını dəyişib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, aktyorun gecə yarısı Beyoğlundakı evində halı pisləşib.

Həyat yoldaşının kömək çağırışından sonra təcili yardım qrupları evə gəlib. İlkin müalicədən sonra Görkem Arslan Taksim Təlim və Araşdırma Xəstəxanasına aparılıb. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxandan hələlik Arslanın xəstəliyi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, 1998-ci ildən teatr səhnələrində fəaliyyət göstərən aktyor "Daire", "Yurt", "Təslimiyyət" kimi filmlərlə yanaşı, "Çemberimde Gül Oya", "Yer Gök Aşk", "Ezel", "Poyraz Karayel", "Hayat Bazen Tatlıdır" kimi seriallarla məşhurlaşıb.

İlahə Qənbərli

Missiya.Az

Chosen
49
missiya.az

1Sources