EN

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Rahat və çevik maliyyə həlləri təqdim edən Birbank, müştərilərinə “Böl-ödə” krediti vasitəsilə məhsul və xidmətləri hissə-hissə ödəmək imkanı yaradır.

“Böl-ödə” krediti ilə Birbank müştəriləri partnyor mağaza və xidmət nöqtələrində bəyəndikləri məhsul və ya xidməti dərhal əldə edərək, ödənişi hissə-hissə həyata keçirə bilərlər. Xidmətin əsas üstünlüklərindən biri də alış-verişin birbaşa partnyor nöqtələrindəqısa zaman ərzində, tək şəxsiyyət vəsiqəsi ilə tamamlanmasıdır. Həmçinin onlayn alış-veriş zamanı da müraciət prosesi rahat və sürətli şəkildə həyata keçirilir.

“Böl-ödə” krediti 100 AZN-dən 15 000 AZN-ə qədər təklif olunur. Məhsul və xidmətlərin ödənişini 2 aydan 35 aya qədər aylıq hissələrlə həyata keçirmək mümkündür. Müxtəlif müddət seçimləri isə Birbanklılara ödənişlərini öz büdcələrinə uyğun tənzimləməyə və rahat şəkildə həyata keçirməyə şərait yaradır.

“Böl-ödə” kreditinin geniş partnyor ticarət və xidmət nöqtələrinin siyahısı linkdə təqdim olunur: www.b-b.az/QUnmlb.

Chosen
30
21
publika.az

10Sources