EN

Ərəb Parlamentinin prezidenti: Dünyanın İlham Əliyev kimi liderlərə ehtiyacı var

Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahin dünyanın Azərbaycan Prezidenti İlham Əliyev kimi liderlərə ehtiyacı olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu fikirləri fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində İlham Əliyevin xüsusi rolunu qeyd edib və dünyanın Azərbaycanın Prezidenti kimi liderlərə ehtiyacı olduğunu bildirib.

Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə İlham Əliyevə ərəb xalqı adından dərin təşəkkürünü bildirdi.

Chosen
15
5
bakivaxti.az

6Sources