EN

Azərbaycan əmtəəlik səmt qazı hasilatını 5%-dən çox artırıb

Ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.

 

Dövlət Statistika Komitəsindən Herbiand.az -a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazın 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.

 

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 098,1 mln. kubmetr səmt qazı hasil edilib ki, bunun da 3 819 mln. kubametri əmtəəlik məhsul təşkil edib.

Chosen
41
5
herbiand.az

6Sources