EN

Hakimi itələyən Kurban Berdıyev ağır cəza alacaq? - İntizam Komitəsinin sədrindən açıqlama

Fevralın 4-5-də Bizon ölkə kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına şahidlik etdik.Həmin matçların keçirildiyi gündən bir həftə ötsə də, hələ İntizam Komitəsinin qərarları açıqlanmayıb.

Bu mövzuya qayıtmağımızın səbəbi var. Xatırlayırsızsa, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev komandasının "Kəpəz"i qəbul etdiyi qarşılaşmada qırmızı vərəqə almışdı. Buna mütəxəssisin 4-cü hakimi - Elvin Bayramovu itələməsi səbəb olmuşdu. Maraqlıdı ki, o, Misli premyer-liqasının 19-cu turunda "Karvan-Yevlax"a qarşı görüşdən sonra keçirilən mətbuat konfransında həmin davranışa görə azarkeşlərdən üzr istədi.
Berdıyev hələ cəzasız qalıb.

Bəs, qərarlar nə vaxt açıqlanacaq? Bu sualla İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"İclasın keçirilməsi üçün bütün protokollar toplanmalı və araşdırılmalıdı. İclas bu prosesdən sonra olacaq. Çox güman, qısa müddətdə qərarlar ictimaiyyətə açıqlanacaq".

KƏNAN BAHADIR
Chosen
59
football-plus.az

1Sources