EN

Lavrov: Rusiya Ukrayna üzrə 20 bəndlik heç bir sülh planı almayıb

Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lavrov: Rusiya Ukrayna üzrə 20 bəndlik heç bir sülh planı almayıb

Rusiya tərəfinə Ukraynada nizamlanma üzrə 20 bəndlik sülh planının mətni nə rəsmi, nə də qeyri-rəsmi kanallarla göndərilməyib. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

Cənab Lavrov "Empatiya Manuchi" layihəsinə verdiyi müsahibədə dəqiqləşdirib: "İndi onlar bizə nə rəsmi, nə də qeyri-rəsmi şəkildə heç kimin vermədiyi 20 bəndlik bir "sənəd" yelləyirlər". Nazir əlavə edib ki, sənədin məzmunu qismən mediada dərc olunub.

Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada əldə etdikləri razılaşmalar əsasında nizamlanma planını kifayət qədər tez razılaşdırmaq olar. Bununla belə, Sergey Lavrov izah edib ki, sənəd bir neçə dəfə "yenidən işlənib".

Ukrayna üzrə sülh planının ilkin versiyası 28 bənddən ibarət idi. Sonuncu versiya 20 bəndə qədər azaldılıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff razılaşmanın hazırlanmasının 90% tamamlandığını bildirmişdi. Lakin Ukrayna prezidenti Vladimir Zelenski ərazi məsələsini həll olunmamış adlandırmışdı.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
oxumeni.az

2Sources