Rusiyanın Xabarovsk bölgəsində, Oxot dənizi sahillərində 6 bal gücündə zəlzələ olub.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:29-da (Bakı vaxtı ilə saat 10:29 - red.) baş verib.
Zəlzələ Oxotsk yaşayış məntəqəsindən 229 km cənub-şərqdə - Maqadandan 300 km cənub-qərbdə və 30 kilometr dərinlikdə olub.