Alovdan xilas olmaq üçün pəncərədən atladılar
7News.az xəbər verir ki, Seneqalın paytaxtı Dakarda Şeyx Anta Diop Universitetində baş verən yanğında bəzi tələbələr panikaya düşərək, özlərini xilas etmək üçün çarəsiz bir cəhdlə pəncərədən atılıblar. Həmin anlar həvəskar kameralar tərəfindən lentə alınıb. Heç bir insan tələfatı olmayıb, faciənin qarşısı azacıq da olsa alınıb.