EN

Vensin İrəvana səfəri Moskva “hücum” tapşırığı verdi

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı ekspertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azatlmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, Vens İrəvanda “soyqırım abidəsini” ziyarətilə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-ın Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyayacağı şübhə altına alınıb. Aydındır ki, Vensin Baş nazir Nikol Paşinyanla imzaladığı bu saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır. Çünki radikallar hesab edirlər ki, ABŞ-ın başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi yoxdur və bu modulların istismarı baha başa gəlir.

Radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika varitantını seçib. Radikallar ABŞ-ın Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki həmin dronlar hücum deyil, kəşfiyyat xarakterlidir.

Erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır. Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir. Bunu amerikalı rəsmilər heç gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklfinə deyil, ABŞ-ın eyni təklifinə üstünlük verib. ABŞ-ın Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək.

O ki qaldı ABŞ-ın Ermənistana satacağı kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
6
axar.az

8Sources