EN

Rəqəmsallaşma və sosial informasiyanın inkişaf məsələləri müzakirə olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda Respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunan tədbirin əsas məqsədi müasir dövrdə rəqəmsallaşmanın cəmiyyətin bütün sahələrinə təsirinin elmi müstəvidə təhlili, sosial münasibətlərin, idarəetmə mexanizmlərinin və fərdi davranışların transformasiyasının müxtəlif aspektlərdən araşdırılması olub.

Açılış hissəsində AMEA Fəlsəfə Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc məruzələrlə çıxış edərək mövzunun aktuallığını və strateji əhəmiyyətini vurğulayıblar.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Panel sessiyalarda rəqəmsallığın elmi-fəlsəfi və metodoloji əsasları, rəqəmsal transformasiyanın sosioloji aspektləri, rəqəmsal mühitin psixoloji təsirləri, informasiya siyasəti və geosiyasi proseslər, sosial hüquqların rəqəmsallaşma kontekstində inkişaf tendensiyaları müzakirə olunub. İnformasiyanın idarə edilməsinin elmi-nəzəri mərhələləri, Süni İntellekt Strategiyasının icrası çərçivəsində həyata keçirilən sosial-rəqəmsal proqramlar və onların nəticələri, “Rəqəmsal Azərbaycanın gələcəyinə baxış” konseptual yanaşması, eləcə də dövlətin sosial siyasətində rəqəmsal layihələr və süni intellekt texnologiyalarının tətbiqi perspektivləri nəzərdən keçirilib.

Süni İntellekt Strategiyasının qəbulundan ötən bir il ərzində ictimai elmlərin qarşısında duran vəzifələr və tədqiqatçıların bu istiqamətdə töhfələri barədə fikir mübadiləsi aparılıb.

Konfransda ölkənin 25 elmi-tədqiqat institutunu və ali təhsil müəssisəsini təmsil edən 100-dən artıq alim və tədqiqatçı iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
azertag.az

2Sources