EN

Uşaqlarda ən çox rast gəlinən xəstəliklər hansılardır? - Həkimdən AÇIQLAMA

"Virus infeksiyaları uşaq sağlamlığında ciddi problem yaradan xəstəliklərdir. Onlar yüksək yoluxuculuq qabiliyyətinə malik olduqları üçün bir insandan digərinə asanlıqla keçə bilirlər. Respirator infeksiyaların böyük əksəriyyətini viruslar təşkil edir və virus infeksiyaları çox geniş və müxtəlif qrupu əhatə edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəvova adına Ekmi-Tədqiqat Pediatriya İnsitutunun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda qeyd etdi.

Həkim uşaqlarda ən çox yayılan viruslardan da bəhs etdi:

"Uşaqlar arasında ən çox yayılanlar qrip, paroqrip, adenovirus, rotavirus, RS virusu, enteroviruslar və rinoviruslardır. Xüsusilə mövsümi dövrlərdə bu viruslar uşaqlar arasında geniş yayılır. Adətən 6 aya qədər uşaqlar virus infeksiyalarına daha az yoluxurlar. Bunun səbəbi onların anadangəlmə immunitetinin olmasıdır. Lakin bəzi hallarda, xüsusilə immun sistemi zəif olan körpələr 6 aydan əvvəl də xəstələnə bilirlər. Ümumilikdə isə 5 yaşadək uşaqlar daha tez-tez xəstələnirlər. Çünki bu yaş dövründə uşaqlar bağçalarda və kollektiv mühitdə sıx təmasda olduqları üçün infeksiya bir-birinə daha sürətlə yayılır. Virus infeksiyalarının ümumi simptomları bir-birinə oxşardır. Ən çox rast gəlinən əlamətlər qızdırma, öskürək, burun axıntısı, bəzi hallarda isə ishaldır. Bununla yanaşı, hər virusun özünəməxsus fərqləndirici xüsusiyyətləri də mövcuddur".

Nuriyyə NATİQQIZI

Chosen
21
1
redaktor.az

2Sources