Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib.
Publika.az xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.
60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.