EN

“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı

Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən "Nənəmin Təndiri" çörək emalı müəssisəsində yoxlama keçirilib...

Poliqon xəbər verir ki, istehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub.

Baxış zamanı müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.

Poliqon.info

Chosen
55
7
poliqon.info

10Sources