EN

Paşinyan Pezeşkianı təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İslam İnqilabının 47-ci ildönümü münasibətilə Ali Rəhbər Əli Xameneiyə və ölkə prezidenti Məsud Pezeşkiana təbrik məktubları göndərib.

Publika.az xəbər verir ki, Paşinyan təbrik məktubunda İranla münasibətləri strateji adlandırıb.

Ermənistan lideri Tehranla strateji münasibətlərin inkişaf etdirilməsini və dərinləşdirilməsini prioritet hesab ediyini deyib.

O, İranla birlikdə regionda sülhə və sabitliyə töhfə verəcək yeni layihələr həyata keçirməyə ümid etdiyini də vurğulayıb.

Prezident Məsud Pezeşkiana ünvanlanan təbrikdə iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, səmimiyyət və etimada əsaslandığı qeyd olunub.

Chosen
104
1
publika.az

2Sources