EN

Vens ayaq saxladı, xanımına nələrsə izah etdi - Onlar kimdir?

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vens bu gün Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar şəhidlərin xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Ziyarət zamanı çəkilən fotolardan məlum olur ki, vitse-prezident və xanımı bir neçə şəhidin qəbirləri önündə dayanırlar və C.D.Vens həyat yoldaşına şəhidlərin fotoları göstərərək nə isə izah edir.

Birləşmiş Ştatların vitse-prezidenti ilə xanımı arasında keçən dialoq məlum olmasa da, hansı şəhidlərin məzarını işarə etdiyi fotolardan aydın görünür.

“Yeni Sabah” xəbər verir ki, onlardan biri Mövludov Fuad Fərhad oğludur.

O, 1968-ci ildə Bakının Xəzər rayonunda anadan olub. O, Kiyev Ali Hərbi Aviasiya məktəbində təhsil alıb, vətənpərvərliyi ilə tanınıb. 1990-cı ilin qanlı gecəsində kürək nahiyəsindən aldığı güllə yarasından şəhid olub. Hazırda 230 saylı məktəb onun adını daşıyır.

Kərimov İlqar İsa oğlu 1962-ci ildə Goranboy rayonunda anadan olub. 20 Yanvar gecəsi evə gedərkən sovet əsgərləri onu atəşə tutub. Yaralı formada Kliniki Tibbi Mərkəzə (o zamanki Semaşko xəstəxanası) çatdırılan İ.Kərimov orada şəid olub..

Mirzəyev Elçin Hüseyinqulu oğlu 1961-ci ildə anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib və Bakı şəhər səhiyyə idarəsində inspektor kimi çalışıb. 20 Yanvar gecəsi 19 güllə yarası alaraq şəhid olub.

Ağahüseynov Ağahəsən Yarı oğlu 1957-ci ildə Bakıda anadan olub və elektrik işləyib. 20 Yanvar gecəsi yaralıları xilas edərkən atəşə tutulub və şəhid olub. İki azyaşlı övladı Bəxtiyar və Səbuhi yadigar qalıb.

Yadigar Yadulla oğlu Şahmərdanov 1964-ci ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Sovet qoşunlarının Bakıya yeridilməsinə qarşı çıxan gənclərdən biri idi. 20 Yanvar gecəsi tankların qabağına əliyalın çıxaraq düşmənin gülləsinə tuş gəlib və şəhid olub.

Qeybullayev Elçin Süyəddin oğlu 1968-ci ildə Quba rayonunun Küçeyi kəndində anadan olub. Əfqanıstanda hərbi xidmət zamanı iki dəfə yaralanıb. 20 Yanvar gecəsi yataqxanadan çıxaraq hadisələrə qatılıb və şəhid olub. Küçeyi kənd məktəbi Elçin Qeybullayevin adını daşıyır.

Əsgərov Novruz Faiq oğlu 1968-ci ildə Bakıda anadan olub və tikinti kooperativində işləyib. 20 Yanvar gecəsi dostu ilə birlikdə hadisələrə qoşulub. Başından aldığı güllə yaralarından şəhid olub. 

Abbasov Zöhrab Heydərəli oğlu 1970-ci ildə Bakıda anadan olub. 20 Yanvar gecəsi dəyənək və tüfəng qundağı ilə ağır xəsarətlər alaraq şəhid olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
27
yenisabah.az

1Sources