EN

Nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində qüsurlar olur - Zaur İsayev

Bakı. Trend:

Özəl nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində müəyyənqüsurlar olur.

Trend xəbərverir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinindirektoru Zaur İsayev canlı yayımda bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin Təhsil İnstutuilə hazırladığı iş dəftərlərindən istifadə etmək tövsiyyəedilir:

"Təhsil İnstitutunun hazırladığı iş dəftərləri minimum ucuzqiymətə satılır. Sadəcə çap qiymətinə satılır demək olar. İşdəftərlərinden istifadə məcburi deyil, amma arzuolunandır".

O həmçinin bildirib ki, dərsliklərlə bağlı bütün müəllimlərelektron poçt ünvanı vasitəsilə rəy bildirə bilərlər:

"Həmin elektron poçt ünvanı vasitəsilə göndərilən rəylər həmbirbaşa dərslik müəllifinə, həm də Təhsil Nazirliyinə gedir. ElmlərAkademiyasının dərsliklərlə bağlı rəy verilməsinə cəlb edilməsivacibdir.

Yeni kurrikulum təşkil edilmiş siniflərdə köhnə dərsliklərlətədris aparmaq mümkün deyil. Eyni zamanda, köhnə kurrikulum sistemiilə başlayan şagirdlərə yeni kurrikulumla yenilənmiş dərslikdənistifadə etmək olmaz. Yəni, dərsliklərin yenilənməsi proqraməsasında təşkil edilir. İndiki şagirdlərin valideynləri 20 ilbundan əvvəl məktəbdə oxuyanda yeganə bilik mənbəyi dərsliklər idi.İndi dərsliklər yeganə bilik mənbəyi deyil", o, əlavə edib.

Chosen
39
2
az.trend.az

3Sources