EN

İbtidai sinif dərslikləri psixoloqlarla hazırlanır

"İbtidai siniflərin dərsliklərini hazırlayanda psixoloqlar dəvət olunub".

AzEdu.az xəbər verir ki, Təhsil Tv-nin “Təhsil saatı” verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müəllimlərin rəy verməsinin və psixoloqların dərsliklərdəki rolunun əhəmiyyətindən danışıb.

O bildirib ki, layihənin rəhbərlərindən biri psixoloq olub:

“Metodist məktəbi Qərbdə psixoloq məktəbləri kimi tanınır və bu ənənə bizdə də davam edir. Baxmayaraq ki, Sovet İttifaqından uzaqlaşmışıq, metodist məktəbi hələ də fəaliyyət göstərir. Psixoloqlarımız xaricdə təhsil alıb qayıdaraq yeni kadrlara dəstək göstərirlər. Bizim üçün əsas məsələ metodistlərdir və müəllimlərlə sıx əməkdaşlıq edirik. Onların rəyləri və fikirləri dərsliklərin təkmilləşdirilməsində böyük rol oynayır”.

Chosen
15
azedu.az

1Sources