Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması maddəsi ilə bağlı səlahiyyətli qurumlar müəyyənləşib. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT), xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının yerli filial və ya nümayəndəliklərinin və yaxud bankların "Qrant haqqında" qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Azərbaycan Mərkəzi Bankı, digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi baxacaq.