EN

Mbappe və Vinisius "Real"ın futbolçularını qonaqlıq verdi: Səbəb nədir?

“Real”ın liderlərindən olan Vinisius Junior və Kilian Mbappe İspaniya çempionatı və Çempionlar Liqasında mövsümün həlledici mərhələsi ərəfəsində komanda yoldaşlarını bir araya toplayıblar.

Publika.az xəbər verir ki, komanda üzvləri bu görüşü vəziyyəti yaxşılaşdırmaq və kollektiv daxilində daha sağlam atmosfer formalaşdırmaq baxımından vacib hesab ediblər. Restorana zədəli və əsas heyətdə az şans qazanan futbolçular da gəlib. Onlar kollektivdən kənarda saxlanılmayıb.

Lakin texniki heyət, agentlər və klub rəsmiləri yığıncağa dəvət almayıblar.

"Marca"-nın məlumatına görə, görüşü ilk tərk edən ukraynalı qapıçı Andrey Lunin olub. Mövsüm ərzində demək olar ki, az oyun praktikası qazansa da, o, rejiminə ciddi yanaşır və saat 23:00-dan əvvəl məkanı tərk edib. Onun ardınca Arda Gülər və Antonio Rüdiger də restorandan ayrılıblar.

Chosen
58
publika.az

1Sources