Bakı. Trend:
Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcəkfiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki,bu il başa çatacaq.
Trend xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahidfəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
"Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğruisə yeni bağlantılar üzərində işləməliyik. Təbii ki, bugünkümüşavirədə müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıcaməsələlərdən biridir.
Digər üstünlüyümüz isə ondan ibarətdir ki, biz bu sahədədünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçəaparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlaratəqdim edilib. Eyni zamanda, dünyanın böyük və deyə bilərəm ki, ənböyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıxəlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir butəsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsiləAzərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur", -dövlət başçısı qeyd edib.