EN

Yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına Azərbaycanda kapital bazarının dərinliyi artırılacaq – AMB (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) 2024–2026-cı illərdə maliyyəsektorunun inkişaf Strategiyasına uyğun olaraq yeni maliyyəalətləri və rəqəmsal həllər hesabına ölkədə kapital bazarınındərinliyi artırılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AMB-dən məlumatverilib.

Qeyd edilib ki, son illərdə Azərbaycanın qiymətli kağızlarbazarında müşahidə olunan inkişaf dinamikası müsbətqiymətləndirilir. Bu inkişaf, xüsusilə bazarın dərinliyininartırılması, maliyyə alətlərin şaxələndirilməsi və investorbazasının genişlənməsi baxımından əhəmiyyətli nəticələrlə müşayiətolunur.

Bildirilib ki, bazarın mövcud vəziyyətini qiymətləndirərkən BakıFond Birjasının faktiki ticarət göstəricilərinə istinad edilməsiməqsədəuyğundur:

“2025-ci il üzrə göstəricilərə əsasən, korporativ qiymətlikağızlar bazarında ilkin bazarın həcmi təxminən 801 milyon, təkrarbazarın həcmi isə 283 milyon manat təşkil etmişdir. Bu göstəricilərkapital bazarlarında şəffaflığın, likvidliyin və investoraktivliyinin son illər ərzində əhəmiyyətli dərəcədə artmasınınümayiş etdirir. Bazarın əsas hərəkətverici seqmenti kimikorporativ istiqrazlar çıxış etsə də, səhmlər üzrə əməliyyatlarınsayının artması bazarın mərhələli şəkildə dərinləşdiyinigöstərir”.

Məlumatda vurğulanıb ki, yeni maliyyə alətlərinin tətbiqi vəbazarın institusional inkişafı istiqamətində həyata keçiriləntədbirlər Mərkəzi Bankın 2024–2026-cı illərdə maliyyə sektorununinkişaf Strategiyasında öz əksini tapıb:

“Strategiyada kapital bazarlarının gücləndirilməsi əsasprioritetlərdən biri kimi müəyyən edilmiş və bu çərçivədə dayanıqlıinfrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarınıngenişləndirilməsi, investor etimadının artırılması, investisiyaalətlərinin çeşidinin zənginləşdirilməsi, eləcə də tənzimləmə vənəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.Strategiyaya uyğun olaraq sekyuritizasiya, törəmə və repo alətləri,sukuk, vençur kapital və kraudfandinq kimi alternativ maliyyəalətlərinin tətbiqi istiqamətində müvafiq layihələrin icrası davametdirilir”.

Eyni zamanda xatırladılıb ki, 2025-ci ilin oktyabr ayında AvropaYenidənqurma və İnkişaf Bankı tərəfindən yerli bazarda və millivalyutada ilk dəfə dəyişkən faizli istiqraz emissiyasının həyatakeçirilməsi Azərbaycanın kapital bazarı infrastrukturununbeynəlxalq standartlara cavab verdiyini göstərən mühüm göstəricikimi qiymətləndirilə bilər.

“AZİR göstəricisinə əsaslanan üzən faizli bu alət bazarda faizrisklərinin idarə olunması və alət müxtəlifliyinin artırılmasıbaxımından yeni imkanlar yaradıb”, - məlumatda qeyd edilib.

AMB bu istiqamətdə hədəflərini də açıqlayıb. Bildirilib ki, yaxınperspektivdə Mərkəzi Bankın əsas prioritetləri sırasındainstitusional və fərdi investorların bazarda iştirakının daha dagenişləndirilməsi, maliyyə savadlılığının yüksəldilməsi məqsədiləmaarifləndirmə tədbirlərinin intensivləşdirilməsi, həmçininrəqəmsal həllərin və elektron ticarət imkanlarının inkişafetdirilməsi xüsusi yer tutur.

“Proseslərin avtomatlaşdırılması və əməliyyat xərclərininazaldılması investorların bazara çıxış imkanlarını genişləndirməkləyanaşı, kapital bazarının dərinliyinin və dayanıqlığınınartırılmasına şərait yaradacaq. Bu istiqamətdə həyata keçiriləntədbirlər Mərkəzi Bank tərəfindən uzunmüddətli və sistemli inkişafstrategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilir”, -məlumatda vurğulanıb.

Chosen
57
3
az.trend.az

4Sources