Bakı. Trend:
Virus infeksiyası zamanı ilk növbədə uşağa rahat və sakitistirahət şəraiti yaradılmalıdır.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə NazirliyiK.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrıSəbinə Cəfərova açıqlayıb.
Onun sözlərinə görə uşaq kifayət qədər yatmalı, fiziki və zehniyüklənmədən uzaq saxlanılmalıdır:
“Otağın havası təmiz olmalı, gündə bir neçə dəfəhavalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox mayeitirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez, azmiqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur.Ana südü alan körpələrdə ana südü mütləq davam etdirilməlidir”.
Pediatr qeyd edib ki, yüngül və asan həzm olunan qidalarseçilməlidir.
“Uşağı zorla yedirtmək olmaz. Yağlı, qızardılmış və ağıryeməklərdən uzaq durmaq, ev şəraitində hazırlanmış sadə yeməklərəüstünlük vermək məsləhətdir. Bundan əlavə, gigiyena qaydalarınaciddi əməl olunmalıdır. Uşağın əlləri tez-tez yuyulmalı, onun şəxsidəsmalı və qab-qacağı ayrılmalıdır. Bu, virusun ailənin digərüzvlərinə keçməsinin qarşısını alır. Dərmanlar yalnız həkimməsləhəti ilə verilməlidir. Özbaşına antibiotik və digərdərmanların istifadəsi uşağın sağlamlığı üçün təhlükəlidir və ağırfəsadlara səbəb ola bilər”.
S.Cəfərova sonda bildirib ki, əgər uşağın qızdırması 3 gündənartıq davam edirsə, davamlı qusma, səpki və ya həddindən artıqhalsızlıq müşahidə olunursa həkimə müraciət etmək lazımdır.