EN

İçki içib sükan arxasında yatdı Polis oyadıb cərimələdi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Spirtli içki qəbul edib sükan arxasında yatan sürücü cəzalandırılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Nevşehir bölgəsində baş verib. Məlumata görə, Zübeyde Xanım küçəsində Ümid K. idarə etdiyi 50-UK-727 nömrə nişanlı “Toyota” markalı avtomobil yolun sağ hissəsi ilə hərəkətdə olan zaman anidən dayanıb. Bundan narahat olan digər sürücülər dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn asayiş keşikçiləri sürücünün sükan arxasında yuxuya getdiyini görüb onu oyadıblar. Alkoqol testində keçirilən Ümidin 1.95 promil sərxoş olduğu məlum olub. O, inzibati qaydada 453 manata məbləğində cərimələnib və daha sonra polis bölməsinə aparılıb.

Namiq Musayev

Oxunub 46

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
avtosfer.az

1Sources