Albaniya Kubokunda 1/4 final mərhələsinin ilk matçları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Teuta"nın qonağı olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Zamiq sonadək komandasına kömək edib.
Cavab qarşılaşması martın 3-ü baş tutacaq.