EN

Fiziki şəxsin sosial şəbəkə üzərindən “lotereya” keçirməsi qanunsuz fəaliyyətdir



Azərbaycanda lotereya fəaliyyəti dövlət tərəfindən tənzimlənir və xüsusi icazə tələb edir. Fiziki şəxsin sosial şəbəkə üzərindən “lotereya” keçirməsi qanunsuz fəaliyyətdir.

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, əgər bu fəaliyyət sistemli xarakter daşıyırsa və mütəmadi olaraq pul yığılırsa, bu artıq Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyətinin də tərkibini yaradır:

“Çünki şəxs faktiki olaraq gəlir əldə etmək məqsədilə qanunla qadağan olunmuş fəaliyyət göstərir. Praktikada belə işlərdə çox zaman cinayətin ağırlaşdırıcı halları da mövcud olur. Zərərçəkmiş şəxslərin sayı onlarla, bəzən yüzlərlə olur. Toplanan məbləğ əhəmiyyətli və ya külli miqdara çatır. Əməl təkrar törədilir və ya bir neçə şəxs tərəfindən birlikdə icra olunur. Bu zaman Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri tətbiq edilir ki, bu da daha ağır cəza nəzərdə tutur. Xüsusilə internet üzərindən, çoxsaylı şəxslərə qarşı törədilən dələduzluq halları məhkəmələr tərəfindən daha ağır qiymətləndirilir”.

Hüquqşünas qeyd edib ki. bu tip hallarda cəmiyyət arasında yanlış bir fikir də mövcuddur, guya insanlar öz istəyi ilə pul köçürüb və burada cinayət yoxdur:

“Hüquqi baxımdan bu yanaşma tamamilə səhvdir. Əgər pul yalan məlumat, saxta vədlər və uduş görüntüsü yaradılmaqla əldə olunubsa, bu, klassik dələduzluqdur. Cinayət hüququnda əsas meyar məhz aldatma faktorudur”.

Süleyman
Chosen
47
1
newscenter.az

2Sources