EN

NATO Rusiyanın İTKİLƏRİNİ AÇIQLADI – DƏHŞƏTLİ RƏQƏM

Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya təxminən 1,3 milyon insan itirib. Onlardan təxminən 350 mini həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu rəqəmləri DW-nin sualına cavab olaraq Brüsseldə, alyansın qərargahında keçirilən brifinqdə adının açıqlanmasını istəməyən yüksək vəzifəli NATO rəsmisi səsləndirib.

Onun sözlərinə görə, təkcə 2025-ci il ərzində Rusiya ordusu öldürülən və yaralananlar daxil olmaqla, demək olar ki, 400 min nəfər itirib. Rəsmi Ukrayna ordusunun itkiləri ilə bağlı müqayisəli məlumat verməyib, lakin bildirib ki, “hazırda bu münaqişədə ümumilikdə 2,2 milyondan çox insan ölü və yaralı var”.

“Əgər hazırda döyüş meydanındakı ümumi hərbi qüvvələrə baxsaq, Rusiyanın təxminən 700 min, Ukraynanın isə 400 min əsgəri var. Gördüyünüz kimi, yeddiyə dörd nisbəti, əlbəttə ki, ideal deyil, amma genişmiqyaslı hücum üçün tələb olunan ənənəvi üçə bir nisbətindən də xeyli uzaqdır”, — deyə Şimali Atlantika Alyansının nümayəndəsi bildirib.

Sara

Chosen
43
nocomment.az

1Sources