EN

Ağlasığmaz QİSAS CƏHDİ: Yanan maşınla yanacaqdoldurma məntəqəsinə GİRDİ – VİDEO

Rusiyada sürücü düşmənini partlatmaq üçün yanan maşınla YDM-ə girib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Samara şəhərində “Mad Maks” (Mad Max) filmlərini xatırladan tükürpədici hadisə baş verib.

37 yaşlı sürücü qisas almaq məqsədilə öz avtomobilini qəsdən yandıraraq düşməninin dayandığı yanacaqdoldurma məntəqəsinə (YDM) çırpıb.

Məlumata görə, həmin şəxs yanan maşınla yanacaq paylama sütununa girərək nəhəng bir partlayış törətməyi və orada avtomobilinə yanacaq dolduran 27 yaşlı düşmənini məhv etməyi planlaşdırıb. Lakin təhlükəli plan iflasa uğrayıb.

Avtomobil sütuna çırpılsa da, gözlənilən partlayış baş verməyib. Sürücü alovlanan nəqliyyat vasitəsindən özü çıxmağı bacarıb, ərazidə başlayan yanğın isə qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Faktla bağlı “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
55
interpress.az

1Sources