Bristol Universitetinin (Böyük Britaniya) alimləri erkən uşaqlıq dövründə evlərdə kiflənmənin tənəffüs sağlamlığına uzunmüddətli təsir göstərə biləcəyini aşkar ediblər.
"Environmental Research: Health" jurnalında dərc olunan tədqiqat doğuşdan təxminən 24 yaşına qədər təxminən 14000 insanı izləyən "90-cı illərin uşaqları" adlı böyük bir layihənin məlumatlarına əsaslanır.
“Cebheinfo.az” xəbər verir ki, bundan əvvəl kifin astma simptomları yaratması təsdiqlənmişdi.
Komanda təxminən 5 yaşında qapalı məkanda kiflənmənin yeniyetməlik dövründə ağciyər funksiyasındakı dəyişikliklər və həkim tərəfindən diaqnoz qoyulmuş astma riski ilə necə əlaqəli olduğunu qiymətləndirmək üçün tibbi məlumatları və sorğuları təhlil edib. Məlum olub ki, erkən uşaqlıq dövründə evdə kifə ağır məruz qalma 15 yaşına qədər ağciyər funksiyasının təxminən 6% azalması ilə əlaqələndirilir. Bundan əlavə, erkən yaşda evlərində kif olan uşaqlarda, 8 yaşında rəsmi olaraq astma diaqnozu qoyulma riski, bu cür məruz qalmayanlara nisbətən təxminən 1,85 dəfə yüksəkdir.
Kif nəm səthlərdə böyüyən və sporlar şəklində asanlıqla havaya yayılan bir göbələkdir. Bu sporlar tez-tez yüksək rütubətli, zəif havalandırma, sızma olan evlərdə və ya daşqından sonra rast gəlinir və iqlim dəyişikliyi, yağıntının artması və nəm dövrlər onların yayılmasını asanlaşdırır.
Beləliklə, kif olan evdə böyüyən yeniyetmələrdə ağciyər funksiyasında dəyişklik olur. Bu, kifin təsirinin obyektiv sübutlarını təqdim edən ilk tədqiqatdır.
Tədqiqatçılar qeyd edirlər ki, astma və tənəffüs funksiyasının azalması ilə əlaqə yaşla zəifləyir, lakin erkən illər tənəffüs sisteminin inkişafı üçün çox vacibdir. Bu tapıntılar yaşayış yerlərində, xüsusən də kiçik uşaqların yaşadığı yerlərdə kifin qarşısının alınmasının və aradan qaldırılmasının vacibliyini vurğulayır.