EN

NATO yeni Arktika missiyasına başladı

NATO "Arktika keşikçisi" adlı yeni Arktika missiyasına başlayıb.Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək cəhdlərinin yaratdığı böhrandan sonra NATO, "Arktika Keşikçisi" adlı yeni işçi qrupu ilə bölgədəki mövcudluğunu gücləndirmək qərarına gəlib. NATO rəsmiləri bildiriblər ki, yeni missiya bölgədəki fəaliyyətləri daha yaxşı əlaqələndirəcək.

Qeyd edək ki, Donald Trampın NATO-nun baş katib Mark Rutte ilə görüşündən sonra Qrenlandiya ilə bağlı gərginlik səngiyib. Qlobal istiləşmə, yeni gəmiçilik yollarının açılması və strateji əhəmiyyətin artması, alyansın şimaldakı addımlarını intensivləşdirib.

Chosen
29
metbuat.az

1Sources