Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Təsvir
Şöbənin əsasnaməsinə və Bank rəhbərliyinin tapşırıqlarına əsasən üzərinə qoyulmuş funksiyaların dəqiq və vaxtında yerinə yetirilməsi;
“Expresspay” ödəniş platforması üzərindən məhsulların yaradılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və icrasının təşkil edilməsi;
Yeni ödəniş növlərinin inteqrasiyası üçün texniki və biznes tərəfdaşlarla koordinasiya;
“Expresspay” ödəniş platformasının gəlirlilik göstəricilərinin izlənməsi və təhlili;
“Expresspay” ödəniş platformasının təkmilləşdirilməsi istiqamətində araşdırılmaların aparılması və yeniliklərin tətbiq edilməsi;
Şöbə fəaliyyətinin bankın rəqəmsallaşma strategiyası ilə uyğunlaşdırılması;
Şöbənin illik büdcəsinin hazırlanması və idarə edilməsi;
Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi.
Tələblər
Ali iqtisadi təhsil;
Analoji sahədə ən azı 5 il iş təcrübəsi (idarəçilik təcrübəsi olanlara üstünlük verilir);
Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi arzuolunandır;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İnnovativ və strateji düşünmə bacarığı;
Liderlik bacarıqları.
Müraciət üçün daxil olun
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.