Yevlaxda yerli sakinlər kütləvin şəkildə "Azərişıq"dan narazıdırlar.
Paytaxt.org-a bu barədə narazı vətəndaş Mahmudov Sərvər müraciət edib.
Bildirirlir ki, rayonda "Azərişıq" vətəndaşlara etinasız yanaşır. Smart sayğaclar qurum əməkdaşları tərəfindən lazımsız müdaxilələr edilir. Buda aylıq işıqpullarının artıq hesablanmasında gətirib çıxarır.
Məlumatda o da bildirib ki, smart sayğaclarda elə düzənbazlıq edilib ki, hər 10 manata 3 manat çıxılır. Bu da vətəndaşlarının cibinə girmək kimi görünür. "Azərişıq" da yaranmış bu fırıldaqla bağlı yerli sakinlər prezidentən kömək istəyirlər.