EN

Soyuq qış şəraitində hansı elektrikli avtomobil ən çox yol gedir?

Elektrikli avtomobil sahiblərinin ən böyük qorxusu olan dondurucu qış şəraiti, Norveçdə həyata keçirilən dünyanın ən çətin mənzil testlərindən biri ilə yenidən diqqət mərkəzindədir. 

HİT.az xəbər verir ki, Norveç Avtomobil Federasiyası və “Motor.no” jurnalı tərəfindən hər il təşkil olunan “El Prix qış testi”, bu dəfə tarixin ən sərt şəraitinə şahidlik etdi.

Oslodan başlayaraq batareyalar tükənənə qədər şimala davam edən marşrutda termometrlər bəzi yerlərdə -31 dərəcəni göstərirdi. Şəhər içi trafiki və dik dağ yolları daxil olmaqla hər cür çətinliklərin yaşandığı bu sınaq, kağız üzərindəki qış menzil məlumatları ilə real həyat arasındakı uçurumu bir daha göstərdi.

Testin qəti qalibi, mənzil iddiasını dondurucu soyuqda da qoruyan “Lucid Air” olub. Rəsmi məlumatlara görə təxminən 960 kilometr məsafə vəd edən lüks sedan, qütb soyuqlarında 520 kilometr yol qət edərək siyahının zirvəsinə yerləşib. Burada diqqətçəkici məqam var: uzun mənzilli avtomobillər daha çox yol getdikləri üçün şimalın ən sərt və dondurucu bölgələrinə daha çox məruz qalır. Bu da onların əslində daha ağır şəraitdə mübarizə apardığı anlamına gəlir. “Lucid”i, səmərəliliyi ilə seçilən yeni “Mercedes-Benz CLA” və “Audi A6” izləyir. “Mercedes” təxminən 421 kilometr, “Audi” isə 402 kilometr performans göstərərək podiumu tamamlayıb.

Yalnız ən uzağa gedəni deyil, pulun qarşılığını ən yaxşı verəni də müəyyən etmək məqsədi ilə hazırlanan “Qışlıq satın alma gücü” indeksində vəziyyət tamamilə dəyişir. Lüks rəqiblərinə nisbətən daha əlçatan qiymətə sahib “Kia EV4” dördüncü sırada böyük uğur qazanıb. Çətin şəraitdə 390 kilometr yol qət edən EV4, yalnız menzili ilə deyil, dondurucu soyuqda 33 dəqiqədə %80 şarja çatma bacarığı ilə də test heyətindən tam qiymət alıb.

Digər tərəfdən, səmərəlilik deyəndə ağla gələn ilk marka olan “Tesla”, “Model Y” ilə ümumi menzil siyahısında yalnız 10-cu sırada yer alıb. Buna baxmayaraq, “Model Y” qiymət-performans balansında hələ də güclü seçim olduğunu sübut edərək ümumi sıralamada dördüncü olub.

Testin ən maraqlı nəticələrindən biri isə menzil itkisi nisbətlərində qeydə alınıb. Çin mənşəli markalar olan “MG”, “Zeekr” və “Changan” rəsmi məlumatlardan ən az sapma göstərən avtomobillər kimi diqqət çəkib. Xüsusilə “MG S6”, yalnız %28,8 itki ilə qış şəraitinə ən dayanıqlı modellərdən biri olub.

Siyahının sonlarında isə böyük ümidləri doğrultmayan iri modellər var. Gözləntilərin altında qalan “Volvo EX90” və səmərəlilik problemləri yaşayan “Volkswagen ID Buzz” qış performansı ilə keçərli qiymət ala bilməyib. “Lucid Air” isə ən uzun yolu getməsinə baxmayaraq, yüksək qiyməti səbəbindən “kilometr başına xərc” hesabında siyahının ən sonunda qalıb.

Samir
 

Chosen
9
42
hit.az

10Sources