Həmyerlimiz, Yevlax rayon sakini 1979-cu il təvəllüdlü Rahim Əli oğlu Rəhimov Rusiya- Azərbaycan sərhəddinin Dağıstandan keçən hissəsində yük avtomobilində dünyasını dəyişib.
Bizim.Media-nın məlumatına görə, hadisə şahidləri mərhumun ürək tutmasından dünyasını dəyişdiyini bildiriblər.
Rahimdən xəbər ala bilməyən sürücü yoldaşları TIR-a yaxınlaşanda onun ölü olduğunu görüblər.
Mərhumun nəşi dəfn edilmək üçün sabah doğulduğu Yevlax rayonuna gətiriləcək.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu