EN

Kayseridə maraqlı SOYĞUN: Zərgərlik mağazasını qarət edib uzunqulaqla QAÇDI – VİDEO

Kayseridə zərgərlik mağazasını qarət edib uzunqulaqla qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin Kayseri şəhərində 26 yaşlı gənc tərəfindən törədilən maraqlı soyğunçuluq hadisəsi polis tərəfindən ifşa olunub.

Hadisə anı və gəncin qeyri-adi qaçış üsulu ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Məlumata görə, şübhəli şəxs gecə saatlarında, ehtimal ki, oğurlanmış yükləyici ilə mağazaya yaxınlaşıb.

O, texnikanın köməyi ilə mağazanın metal qapılarını və vitrinlərini sındıraraq içəri daxil olub.

Mağazadan təxminən 150 qram qızıl zinət əşyası oğurlayan şəxs həyəcan siqnalı işə düşdükdən sonra hadisə yerindən uzunqulaqla uzaqlaşıb.

Kayseri polisi kamera görüntüləri əsasında şübhəlinin şəxsiyyətini müəyyən edərək onu yaxalayıb.

Oğurlanmış qızıllar tapılaraq sahibinə geri qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
22
interpress.az

1Sources