EN

Premyer Liqa: “Mançester Siti”, “Aston Villa” və “Börnli”dən qələbə - VİDEO

İngiltərə Premyer Liqasının 26-cı turunda “Mançester Siti” evdə “Fulhem”i 3:0 hesabı ilə inamla məğlub edib.

İdman.Biz xəbər verir ki, matç Mançesterdəki “Etihad” stadionunda keçirilib.

Antuan Semenyo 24-cü dəqiqədə hesabı açıb, altı dəqiqə sonra Niko O'Reyli ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb, Erlinq Holand isə 39-cu dəqiqədə üçüncü qolu vurub.

Bu qələbə ilə Xosep Qvardiolanın komandası 53 xalla turnir cədvəlində ikinci yerdədir. 34 xalla “Fulhem” 12-ci yerdə qərarlaşıb.

Nottingemdə “Nottingem Forest” və “Vulverhempton” 0:0 hesablı heç-heçə edbilər. Heç-heçədən sonra ev sahibləri 27 xalla 17-ci yerdədirlər, “Vulverhempton” isə doqquz xalla sonuncu yerdə qalır.

Turun digər oyunu Birminhemdə baş tutub. “Aston Villa” “Brayton” komandasını 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolu 86-cı dəqiqədə Cek Hinshelvudun avtoqolu olub.

“Aston Villa” 50 xalla üçüncü, “Brayton” isə 31 xalla 14-cü yerdədir.

“Kristal Palas” isə öz meydançasında “Börnli”yə uduzub – 2:3.

İdman.Biz
Chosen
67
idman.biz

1Sources