EN

Çay və kofe paketlərindən kütləvi şəkildə KİF AŞKARLANDI

Rusiyada çay və kofe paketlərindən kütləvi şəkildə kif aşkar olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı və sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Rusiyada alıcılar həm onlayn ticarət platformalarından (marketpleyslərdə), həm də adi mağazalardan alınan çay və kofe məhsullarının keyfiyyətindən kütləvi şəkildə şikayət etməyə başlayıblar.

Vətəndaşlar pulları müqabilində aldıqları məhsulların daxilində kiflənmə prosesinin getdiyini bildirirlər.

Sosial şəbəkə istifadəçiləri üzərində ağ kif təbəqəsi olan çay yarpaqlarının fotolarını paylaşır və xarab olmuş dənəvər kofelərdən narazılıqlarını ifadə edirlər.

Şikayətlər arasında xüsusilə məşhur “Jockey” (Жокей) markasına məxsus kofe məhsullarında kif aşkarlanması halları geniş rezonans doğurub.

İstehlakçılar bu vəziyyətin sağlamlıq üçün ciddi təhlükə yaratdığını vurğulayaraq aidiyyəti qurumları yoxlamalara çağırıblar.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
37
interpress.az

1Sources