EN

Avtomobil "TIR"la toqquşdu: xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Şərur–Sədərək magistral yolunun rayonun Daşarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "LADA 2107" markalı nəqliyyat vasitəsi Türkiyə dövlət nömrə nişanlı yük avtomobili (TIR - Qeyd) ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Chosen
7
2
publika.az

3Sources