Bakı. Trend:
ABŞ-yə məxsus "MQ-4C Triton" uzunmənzilli elektron müşahidəpilotsuz uçuş aparatı İranın cənub-şərq sahillərində bir neçəsaatlıq uçuş həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "Flightradar24" xidmətibildirib.
Pilotsuz uçuş aparatı Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfrahava bazasından buraxılıb və İran yaxınlığındakı Oman körfəzindəkibeynəlxalq sular üzərində bir neçə saat uçub.