EN

Aktyor Ceyms Van Der Bik 48 yaşında vəfat edib

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Douson buxtası” serialında Douson Liri obrazı ilə tanınan aktyor Ceyms Van Der Bik 48 yaşında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri ailəsinin sosial şəbəkə paylaşımlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, aktyora 2023-cü ildə bağırsaq xərçəngi diaqnozu qoyulmuşdu. O, 2024-cü ildə xəstəliyi barədə ictimaiyyətə açıqlama vermişdi.

Van Der Bik “Douson buxtası” ilə yanaşı, “Cazibə qanunları”, “Cey və susqun Bob cavab zərbəsi endirirlər”, “Ananızla necə tanış oldum”, “Cani kimi düşünmək”, “Tənha ağaclı təpə”, “23 nömrəli mənzildəki ifritəyə inanma”, “Mərhəmət” və “Daha yaxşı həyatı olan dostlar” kimi film və seriallarda da rol alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
modern.az

1Sources