EN

"Real" və "Barselona" ulduz futbolçu üçün savaşır

"Real Madrid" və "Barselona" "Tottenhem"in futbolçusu Kristian Romeronun xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngləri futbolçunu mövsümün sonunda transfer etmək istəyir. "Mundo Deportivo" nəşrində dərc edilən xəbərə görə, "Atletiko Madrid" klubu da müdafiəçini transfer etmək üçün səy göstərir.

Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 4 il əvvəl transfer edib. Futbolçunun "Tottenhem"lə müqaviləsi 2029-cu ildə yekunlaşır.

Chosen
34
10
metbuat.az

10Sources