Ajans.az xəbər verir ki, bu barədə "Defense One" hərbi bəyanata istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri Rio Qrande çayı boyunca təxminən 306 kilometrlik Texas sərhədi üzərində nəzarəti ələ keçirib və hazırda sərhədin 400 kilometrlik hissəsini izləyir. Portal qeyd edir ki, bu addım ABŞ hakimiyyətinə qanunsuz immiqrantlara qarşı hərbi güc tətbiqini genişləndirməyə və onlar üçün cəzaları sərtləşdirməyə imkan verəcək. Belə hərbi nəzarət zonalarının yaradılması ərazini hərbi bazaya çevirir və onlara orada sərbəst şəkildə patrul xidməti göstərməyə imkan verir. Bundan əlavə, potensial qayda pozanlar hərbi obyektə qanunsuz daxil olmaqda ittiham oluna bilərlər. Məlumata görə, 2025-ci ilin aprel ayından bəri ABŞ hakimiyyəti Meksika sərhədi boyunca Arizona, Kaliforniya, Nyu Meksiko və Texasda oxşar zonalar yaradıb.