EN

ABŞ-nin təyyarəsi İran sərhədlərində kəşfiyyat aparır

İran sərhədi yaxınlığında Amerika kəşfiyyat təyyarəsi aşkar edilib.

Turkustan.az xəbər verir ki, uçuş məlumatlarına əsasən xəbər verir ki, dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon sualtı qayıq əleyhinə təyyarəsi və MQ-4C Triton kəşfiyyat pilotsuz təyyarəsi İran sərhədi yaxınlığında dövrə vurub. Təyyarə Bəhreyndən yola düşərək Hörmüz boğazı üzərindən dövrə vurub, PUA isə Əbu-Dabidən Oman körfəzinə doğru hərəkət edib.

Xatırladaq ki, bu həftə ABŞ-İran danışıqlarının yeni mərhələsi planlaşdırılır. Tramp əvvəllər yalnız İranı nüvə və raket proqramlarından məhrum edən bir razılaşma ilə kifayətlənəcəyini bildirmişdi. /modern.az/

Chosen
24
2
turkustan.az

3Sources