Bu gün futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşəcək.
Publika.az xəbər verir ki, yığma D Liqasında mübarizə aparacaq. Turnirdə 6 komandadan hər birində 3 iştirakçı olmaqla 2 qrup təşkil ediləcək. Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1-ci səbətdə yer alıb.
D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək. Millilər bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.
Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarda start veriləcək. Turnirin final mərhələsi 2027-ci ilin iyununda baş tutacaq.