EN

NATO-nun sabiq baş katib müavini ABŞ qoşunlarının Qrenlandiyada yerləşdirilməsinə lüzum görmür

NATO-nun sabiq baş katib müavini ABŞ qoşunlarının Qrenlandiyada yerləşdirilməsinə lüzum görmür

Qrenlandiyada əlavə qoşunların yerləşdirilməsi məqsədəuyğun deyil, çünki adada hərbçilərin saxlanılması həddindən artıq baha başa gəlir.

AFN.az "Politico"ya istinadən xəbər verir ki, bunu NATO baş katibinin sabiq müavini (2016-2019) Rouz Qetemyuller bildirib. Sabiq rəsmi bildirib ki, ABŞ qoşunlarının Qrenlandiyada daimi yerləşdirilməsi həm böyük xərc tələb edir, həm də mövcud şəraitdə buna ciddi ehtiyac yoxdur.

Digər tərəfdən, NATO-nun bəzi rəsmiləri hesab edirlər ki, Qrenlandiya üçün maliyyə və hərbi texnika ayrılması alyansın parçalanmasının qarşısını ala biləcək "ədalətli sövdələşmə" ola bilər. Təşkilat daxilində bəzi dairələr "Arktika keşikçisi" missiyası çərçivəsində adaya təyyarələr və dəniz patrullarının göndərilməsini, həmçinin orada daimi komandanlığın yaradılmasını təklif edirlər.

Chosen
37
afn.az

1Sources