EN

ABŞ-Çin ticarət müqaviləsi daha bir il uzadıla bilər

Çin və ABŞ ticarət müqaviləsini daha bir il uzada bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu "South China Morning Post" qəzeti məlumatlı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir: "ABŞ və Çin Prezident Donald Tramp və Çin Prezidenti Si Cinpinin aprelin əvvəlində gözlənilən görüşü zamanı Cənubi Koreyada razılaşdırılmış ticarət müqaviləsini daha bir il uzatmağa hazırdırlar".

Mənbələrə görə, müqavilənin uzadılması oktyabr sammitində əldə edilən qısamüddətli iqtisadi qazancları, o cümlədən Çinin yeni tədarük öhdəliklərini möhkəmləndirəcək.

Qəzet xatırladır ki, Tramp aprelin əvvəlində Çinə səfər etməyi planlaşdırır.

ABŞ və Çin arasında ticarət razılaşması iki ölkə liderləri arasında ötən ilin oktyabr ayında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdən sonra əldə edilib.

Zeynəb Rzayeva

Chosen
32
bakivaxti.az

1Sources